• 23 Noyabr 2024 07:04

“Ərdoğan qarşısında diz çökdük, İsveç vətəndaşı olmaqdan utanıram”

İsveç baş naziri Ulf Kristerssonun Ankaraya səfəri və yeni hökumətin terror təşkilatı PKK/YPG-dən uzaqlaşacağı ilə bağlı açıqlamaları keçmiş isveçli deputat Emine Kakabaveni narahat edib.

Tacxeber.com xəbər verir ki, Türkiyəyə ekstradisiyası tələb edilən isveçli deputat “Aftonbladet” qəzetinə açıqlamasında İsveç vətəndaşı olmasından utandığını deyib:

“Biz Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan qarşısında diz çökdük. Mən İsveç vətəndaşı olmaqdan utanıram”.

Xatırladaq ki, 2018-ci ildə İsveçdə keçirilən seçkilərdə Sol Partiyadan deputat kimi parlamentə daxil olan Kakabeveh 2022-ci ildə namizəd ola bilməyib.

Qeyd edək ki, Rusiya təhlükəsi qarşısında hərbi neytrallıq siyasətindən imtina edən Finlandiya və İsveç dünən NATO-ya üzvlük üçün rəsmi müraciət edib.

Tacxeber.com

Oxşar xəbərlər