• 21 Aprel 2025 10:35

Rus ordusuna şok zərbə – Ağır döyüşlər gedir

Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri cənubda 125 rus əsgərini, bundan əlavə, üç kəşfiyyat dronu və silah-sursat anbarını məhv edib.

Bu barədə Ukrayna ordusunun “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd edilir ki, Ukrayna aviasiyası rus işğalçılarının istehkamına, qüvvə və vasitələrinin cəmləşdiyi ərazilərə səkkiz zərbə endirib.

Silahlı Qüvvələrin raket və artilleriya bölmələri yüzdən çox atəş missiyasını yerinə yetirib.

Xüsusilə, komanda məntəqələrində hərbi texnika karvanı və sursat anbarları vurulub. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər