AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu 5 oyunluq cəzalandırıb.
Tacxeber.com PFL-in saytına istinadən xəbər verir ki, buna onun Misli Premyer Liqasının 13-cü turunda “Neftçi” ilə matçda oyunun rəsmi şəxsini təhqir etməsi səbəb olub. Bundan başqa, “Sumqayıt” 4 min manat məbləğində cərimələnib
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” görüşü 2:2 hesabı ilə başa çatıb.