• 23 Noyabr 2024 06:17

Tokayevdən daha bir anti-Rusiya bəyanatı

Qazaxıstan prezidenti bu bəyanatı ölkəsinin müttəfiqi olan Rusiyanın Ukraynada qəsbkarlıq müharibəsi apardığı bir vaxtda verib.

Tokayev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində deyib ki, Qazaxıstan bütün ölkələrin suverenlik və ərazi bütövlüyünü ehtiva edən BMT Nizamnaməsini tam dəstəkləyir: “Bu prinsip bizim ölkəmizin maraqlarına tam uyğundur. Biz bu prinsipə xüsusilə mühüm diqqət yetirməliyik”.

Tokayev vurğulayıb ki, Qazaxıstan “Qərbi və Şərqi, habelə Şimalla Cənubu birləşdirir” və buna görə də Mərkəzi Asiya ölkələri ilə dünyanın başqa hissələri arasında əməkdaşlığa ciddi diqqət yetirməlidir: “Davam etməkdə olan keçid dövründə nəqliyyat və kommunikasiya potensialının artırılmasına böyük ehtiyac var”.

O əlavə edib ki, Qazaxıstanı Azərbaycandan keçməklə Türkiyə ilə birləşdirəcək beynəlxalq nəqliyyat marşrutu Türk Dövlətləri Təşkilatı üçün prioritet olmalıdır.

Tokayev Rusiyanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsini rəsmən nə pisləyib, nə də dəstəkləyib. Lakin o bu ilin əvvəllərində demişdi ki, Qazaxıstan Ukraynada Rusiya tərəfindən dəstəklənən Lugansk və Donetsk separatçılarını heç vaxt tanımayacaq.

Tacxeber.com

Oxşar xəbərlər