Türkiyə olmasaydı, Ukraynada daha ağır vəziyyət yaranardı.
Bu sözləri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko CNN-ə açıqlamasında deyib.
“Ərdoğan təşəbbüsü öz üzərinə götürdü və Putinə “yox” deməyi bacardı. Bildirdi ki, hətta Rusiyanın sazişdən çıxmasına baxmayaraq, Türkiyə hərbi gəmiləri Ukraynanın taxıl daşıyan yük gəmilərini müşayiət edəcək. Türkiyə olmasaydı, Ukraynada daha ağır vəziyyət yaranardı”, – o bildirib. (Axar)