Jurnalist Həmid Həmidovun müəllifi olduğu “Danışaq?” podkastının yeni buraxılışında izləyicilərə yeni müsahibə təqdim edilib.
“Report” xəbər verir ki, podkastın budəfəki qonağı Cənubi Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov olub.
Yeni buraxılışda Həmid Həmidov və Xəyal Məmmədov müxtəlif mövzulardan, o cümlədən insanın missiyası, numeroloq xidmətlərinin qiyməti, koronavirus dövrünün sonu haqqında danışıblar.
Qarabağ müharibəsi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi, Ukraynada müharibənin dayandırılması, nüvə müharibəsi təhlükəsi və İranda baş verən son hadisələrlə bağlı məsələlərə də toxunulub.
Buraxılışın sonunda Xəyal Məmmədov Azərbaycanın gələcəyinə dair mülahizələrini bölüşüb.