Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.
Tacxeber.com xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.
“Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı ölənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik”, – o tivter hesabında yazıb.