Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya işğalından azad edilən Xersona səfər edib.
Bu barədə hadisə şahidləri məlumat verirlər.
“Biz irəliyə doğru gedirik. Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq”, – deyə Zelenski hərbçilərə bildirib.
Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Bu məlumatdan qısa müddət sonra Ukrayna KİV-də Zelenskinin Xersondan fotoşəkilləri dərc olunub.
Jurnalistlər hələ də davam edən “stabilləşdirmə tədbirləri” səbəbindən Xersona buraxılmırlar. Bir neçə jurnalist, o cümlədən Qərb telekanalları CNN və “Sky News” Xersondan reportaj hazırladıqları üçün akkreditasiyadan məhrum ediliblər.