• 23 Noyabr 2024 11:34

3 man. 80 qəpiklik Azərbaycan çempionları yoxsa məmur iştahının qurbanları ?

 Bu yazida növbəti dəfə Azərbaycanda yarıtmaz vəzifə sahiblərinin gördükləri işlərin nəticələrindən yazacayıq.

Hər birimizin kifayət qədər məlumatımız var ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Dövlətimiz  idmana xüsusi diqqət və qaygı göstərir. Nəinki Bakı və Bakı ətrafında, hətta bölgələrimizdə inşa edilmiz beynəlxalq standartlara uyğun idman kompleksləri buna sübutdur.

Lakin baxaq görək ki, idman sahəsinə cavabdeh məmurların hamisi işlərinin öhdəsindən layiqincə gələ bilirlərmi ?

Düşünürəm ki, əsla yox.  Bu günlərdə bir yaxınımın dəvəti ilə Üzgüçülük üzrə Respublika çempionatında tamaşaçı oldum.

Belə ki, 09-12 noyabr tarixində Bakıda “Su İdman Sarayı”nda Üzgüçülük uzrə Respublika çempionatı keçirildi. İlk baxışdan hər şey super, əla. Lakin çempionatda iştirak edən komandaların adları sadalanarkən anladım ki, bu Respublika çempionatı yox Bakı çempionatıdır. Sumqayıt komandası xaric bütün komandalar Bakı qəsəbələrinin təmsilçiləri idilər.

Adamda haqlı olaraq bir sual yaranır -“Əgər belədirsə bəs onda niyə regionlarda o boyda xərc tökülüb möhtəşəm su hovuzları tikilib ?  Hanı region komandalarımız ? “

Axı bildiyimiz qədər regionlarda üzgüçülüyə kifayət qədər pullar silinir . Yəni doğurdanmı bu qədər xərclənən paranın qarşılığında 1 nəfər də olsa üzğuçü tapılmadı ki, hansısa bir rayonu təmsil etsin ?

Nə isə çempionatın gedişini izləyirəm, istəmədən qarşımda əyləşmiş iki valideynin söhbətinin qulaq şahidi oluram. Biri digərinə deyir : –  nahaq yerə özünüzə və uşağa əziyyət verməyin, onsuzda bizdə üzgüçüyə dəyər verilmir .

– Niyə gorə ?

-Təsəvvür elə, övladım artıq neçə ildir üzgüçülük üzrə idman ustasıdır, lakin dövlətin idman ustası üçün ayırdıgı aylıq  500 manatı bir dəfə də olsun görməyib.

   Nə isə, şahidi olduqlarım bir çox nüanslar üzğüçülüyün Azərbaycanda hələ də bərbad vəziyyətdə olduğunu təsdiqlədi. Baxmayaraq ki, Dövlət Baçısı da dəfələrlə qeyd edib ki, “Üzğüçük idman növü mənim sevimli idman növümdür” və gənclərə hər zaman üzgüçülüklə məşğul olmağı tövsüyyə edir.

Son olaraq Respublika çempionlarının mükafatlanması məni təəccübləndirdi desəm bəlkə də az olar.

1-ci yeri tutmuş Respublika çempionuna verilən mükafata fikir verin. ( Nə yaxşı ki, adamlar qiyməti də silməyi unudublar)

Görünən odur ki, Üzgüçülük Federasiyası  naşı əllərə etibar edilib. Belə ki, «Betonçu» kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis isləmiş Xanlar Fətiyev və onun komandası üzgüçülük idman növünün inkaf etdirmək fikrindən çox-çox uzaqdır.

Tacxeber.com olaraq mövzunu diqqətdə saxlayacayıq.

 

Oxşar xəbərlər