• 23 Noyabr 2024 11:01

“İran gərək oturub əmmaməsini qabağına qoyub fikirləşsin…”

“Müharibə etmirik ki, İranla əlaqələri kəsək. İranın verdiyi notanın qarşılığında cavab notamızı verə bilərik. Xarici işlər nazirimiz Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışdı. Hər halda məsələləri qızışdırmaq yox, sakitləşdirmək lazımdır. İranı başa salmaq gərəkdir ki, səhv yoldadır. Əvvəl-axır İran bunu başa düşəcək. İranla müştərək mədəniyyətimiz, tariximiz, poeziyamız və musiqimizin yaxınlığı var. “İran” deyəndə farsı demirəm, ümumiyyətlə deyirəm. Düşmənçilik onlara da, bizə də baha başa gələ bilər. İki qonşu niyə düşmən olsun ki? 40 milyondan artıq orda Azərbaycan türkü yaşayır. Buna görə də bizə düşmənçilik etmək İrana başağrısı ola bilər”.

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Abbas İranın Azərbaycana nota verməsi barədə danışarkən deyib.

Deputat bildirib ki, hər şeyi danışıqlar yolu ilə həll etmək olar: “Erməni deyillər ki, onlarla vuruşaq. Səhv addımlar atır, bu addımlarına görə də İran gərək otursun əmmaməsini qoysun qabağına, fikirləşsin ki, düz yolda deyil, vəssalam! İrandan niyə çəkinməliyik? Yüz min ilin qonşusuyuq. Dil tapılmalıdır, dil tapılmasa, başqa yollara əl atıla bilər. Dövlət öz işini yaxşı bilir, kimlə əlaqəni qurar, kimlə kəsər. Biz indi ermənilərlə əlaqələri yaratmaq istəyirik. Başqa ölkə ilə niyə əlaqələr kəsilsin? Biz başa salmalıyıq. “Ölülər” komediyasında deyir “Şeyx, başa sal onu”. İndi İran da əvvəl-axır ya başa düşəcək, ya da sirkəsi nə qədər tünd olsa, öz başında çatlayacaq…”

Tacxeber.com

Oxşar xəbərlər