Lvov şəhərinin 80 faizi işıqsız qaldı
Ukraynanın Lvov şəhərinin 80 faizi işıqsız qalıb, istilik və isti su yoxdur.
Tacxeber.com xəbər verir ki, bu barədə şəhər meri Andrey Sadovoy deyib.
O bildirib ki, enerji infrastrukturunun zədələnməsi səbəbindən təminatda ciddi problem yaranıb.
Qeyd edək ki, Rusiya Ukraynanın demək olar ki, bütün iri şəhərlərini, o cümlədən Lvovu intensiv raket atəşinə tutub.