• 23 Noyabr 2024 04:09

Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürdü

Donald Tramp ABŞ prezidenti postuna yenidən namizədliyini irəli sürmək qərarını açıqlayıb, onun növbəti seçkilərdə namizədliyi üçün sənədlər artıq təqdim edilib.

Bu barədə Tacxeber.com “Reuters”ə istinadla xəbər verir.

Bu gün Trampın köməkçiləri 2024-cü il prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim ediblər.

Məsələn, əvvəllər Trampın siyasi təşkilatlarında çalışmış Bradley Kreit “Donald J. Trump for Prezident 2024” adlı komitə yaratmaq üçün ABŞ Federal Seçki Komissiyasına sənədlər təqdim edib.

Siyasi müşahidəçilər belə bir erkən addımın, Florida ştatının ulduz qubernatoru, 40 yaşlı Ron DeSantis və Trampın keçmiş vitse-prezidenti, 63 yaşlı Mayk Pensi də daxil olmaqla, partiyanın 2024-cü il namizədliyinə potensial iddiaçıların qarşısını almaq məqsədi daşıya biləcəyini düşünürlər.

Xatırladaq ki, bundan əvvəl Donald Trampın müşavirlərinin ona növbəti seçkilərdə ABŞ prezidenti postuna namizədliyini irəli sürmək niyyətini açıqlamağa vaxt ayırmağı təklif etdiyi bildirilirdi.

Tacxeber.com

Oxşar xəbərlər