• 26 Dekabr 2024 19:22

İrandakı aksiyalarda polkovnik öldürülüb

İrandakı aksiyalarda polkovnik öldürülüb

İran ölkənin şimal-qərbindəki Bukan şəhərində etiraz aksiyaları zamanı bir polkovnikin şəxsiyyəti məlum olmayan nümayişçilər tərəfindən güllələndiyini açıqlayıb. 

Tacxeber.com xəbər verir ki, bu İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

Bildirilir ki, Rəsa Elmasi adlı polkovnik ölkənin şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində nümayişlər zamanı həlak olub. Naməlum şəxslər ona tapançadan atəş açıblar.

Qeyd edək ki, İranda aksiyalara sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən “çadraya əməl etmədiyi” səbəbilə saxlanıldıqdan sonra komaya düşən və xəstəxanaya yerləşdirilən 22 yaşlı Məhsa Əmininin ölümü səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər