Rusiyanın Oryol vilayətinin Stalevy Kin kəndində neft çənində partlayış baş verib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov “Telegram”da məlumat verib.
“Bu gün səhər saat 4 radələrində pilotsuz uçuş aparatının Staleviy Kin kəndindəki neft anbarını partladıb. Tələfat yoxdur. Bütün fövqəladə xidmətlər yerində işləyir”, – məlumatda deyilir.
Bölgə rəsmiləri partlayışın ehtimal olunan səbəbi kimi pilotsuz təyyarələrin hücumunu araşdırır.