• 23 Noyabr 2024 05:19

“Nant” “Qarabağ”a qarşı oyunda baş verənlərə görə cəzalandırıldı

UEFA Fransa “Nant”ını cəzalandırıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna Liqa 1 təmsilçisinin azarkeşlərinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiklər matçda  etdikləri hərəkətlər səbəb olub.

Klub “Bojuar” stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 30 min avro məbləğində cərimələyib. Bundan başqa, UEFA İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Klub rəsmi saytı vasitəsi ilə qərarlarla bağlı apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər