NATO Baş katibindən Polşaya atılan raketlə bağlı KRİTİK AÇIQLAMA: “Günahkar…” Siyasət 16 Noyabr 2022 17:24 125 “NATO Rusiyanın ona hücum etməyi planlaşdırdığına dair heç bir əlamət görmür”. Tacxeber.com xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra bildirib. O deyib ki, ilkin məlumatalara görə, bu hadisə Ukraynaya aid hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində baş verib. “Amma, bu, Ukraynanın günahı deyil. Əsl günahkar Rusiyadır”, – Baş katib söyləyib. O deyib ki, NATO ölkələri sakitliyi qoruyacaq və Polşadakı hadisə ilə bağlı təmasları davam etdirəcək. Baş katib vurğulayıb ki, Rusiya bu mənasız müharibəni dayandırmalıdır: “NATO ölkələri həmrəydir. Bütün müttəfiqlərimizi qorumağa davam edəcəyik”. Tacxeber.com