• 23 Noyabr 2024 11:11

Gürcü və erməni “qanuni oğru”lar arasında yumruq davası – DETALLAR

Gürcü və erməni “qanuni oğru”lar arasında yumruq davası - DETALLAR

Gürcü əsilli “qanuni oğru” Geqa Svananın İspaniyada baş tutan doğum günündə dava düşüb.

Tacxeber.com xəbər verir ki, tədbirdə gürcü əsilli “qanuni oğru” Ramaz Cinçaradze erməni “qanuni oğru” Artyom Sarqsyanın salamını almayıb. Sarqsyan Cinçaradzedən bunun səbəbini soruşsa da, qarşı tərəfin cavabı onu qane etməyib. Mübahisə qızışıb və Artyom Sarqsyan Ramaz Cinçaradzeyə yumruq zərbəsi endirib.

 

Mübahisəyə digər erməni qanuni oğru Edik Asatryan müdaxilə edib. O, bu qarşıdurmada həmyerlisinin tərəfini tutub və Ramaz Cinçaradzedən üzr istəməsini xahiş edib.

 

Gürcü əslilli “qanuni oğru” məsələnin daha da böyüməməsi üçün Asatryanın bu tövsiyəsinə əməl edib.

 

Xatırladaq ki, kriminal mühitdə Ramaz Cinçaradzenin güc strukturları ilə əlaqədə olmasına şübhələr yaranıb. Lakin Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin dövründə “oğru dünyası”na edilən hücumda Ramaz Cinçaradze də hədəfə çevrilib və həbs olunub. O, həbsdə olarkən “oğru dünyası”nın maraqları uğrunda mübarizə aparıb. Bununla da onun üzərindəki şübhələr götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər