• 23 Sentyabr 2024 23:19

Payızda yetişən meyvələr: Onlar min bir dərdin dərmanıdır

Payızda yetişən meyvələr: Onlar min bir dərdin dərmanıdır

Payızın özünü tam çılpaqlığı ilə göstərdiyi aylardayıq. Artıq piştaxtaları payız meyvə-tərəvəzləri bəzəyir.

 

 

Gəlin görək, bu mövsüm tərəvəz və meyvələrinin faydaları nələrdir?

Karalyok:

Lif, yağ və zülallarla zəngindir. Karalyokun tərkibində həmçinin natrium, kalium, kalsium, maqnezium, dəmir, kükürd, fosfor və xlor var. Bundan əlavə, A vitamini, beta-karotin, B1, B2, B3 və B6 vitaminləri ilə də zəngindir.

Bu meyvə ürək-damar xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynayır, xərçəngdən qoruyur, boğaz, bronxit, öskürək və soyuqdəymə kimi şikayətləri aradan qaldırır.

Qreypfrut

Qreypfrut əla C vitamini mənbəyidir və immunitet sistemini dəstəkləməyə, soyuqdəymə əlamətlərini azaltmağa kömək edir. Gündəlik C vitamini ehtiyacınızın 75 faizindən çoxunu təmin edir. Portağaldan bir qədər kəskin dadı olan qreypfrutu salatlarda, təzə şirələrdə və avokado ilə birlikdə istifadə etmək olar. A vitamini, kalium, folat və B5 vitamini ilə zəngindir. Qreypfrutun tərkibində həll olunan lif olan pektin var və  bu xolesterolu azaldan təsir göstərir.

Kivi:

Kivinin tərkibindəki C vitamini portağaldan daha çoxdur. 100 qramında orta hesabla 100-400 mq C vitamini var. Tərkibində C vitamini yüksək olan meyvələrdən istifadə edən şəxslərdə tənəffüs sistemi xəstəliklərinin görülmə nisbəti daha azdır. Bundan əlavə, maqnezium tərkibinə görə ən zəngin olan və kalium miqdarı yüksək, natrium az olan meyvələr arasında yer alan kivi, E vitamini, mis, fosfor, B2 vitamini və A vitamini baxımından da zəngindir.

Armud:

Tərkibindəki fosfor və B vitaminləri ilə zehni yorğunluğu aradan qaldırır. Tərkibindəki lif sayəsində qanda xolesterin səviyyəsini tarazlaşdırır. Həll olunmayan lif bağırsaqların düzgün işləməsini təmin edir. C vitamini və mis baxımından çox yüksəkdir.

Naringi:

Sitrus meyvələri qrupuna daxil olan naringi C vitamini və beta karotin baxımından çox yaxşı qaynaqdır. Tərkibindəki fosfor və B vitaminləri var. Yüksək kalium ilə qan təzyiqini aşağı salmağa kömək edir. Kapilyarlarda qan axını sürətləndirir.

Nar

Çox güclü antioksidant fəaliyyət göstərən nar C vitamini və folat mənbəyidir. Nar şirəsi qırmızı şərabdan daha yüksək antioksidant qabiliyyətinə malikdir. Xolesterini aşağı salır, ürək sağlamlığını qoruyur və antioksidant tərkibinin gücü ilə xərçəngə qarşı qoruyucu təsir yaradır.

Brüssel kələmi:

C vitamini, K vitamini, folat, beta karoten, vitamin B6, B1 ilə zəngindir. Təxminən 160 qram Brüssel kələmi C vitamininin gündəlik tələbatını ödəyir. Dəri sağlamlığı üçün əhəmiyyətli antioksidant olan C və A vitaminləri ilə zəngindir.

Balqabaq:

A vitamini ilə zəngindir. Tərkibində çox miqdarda lif, C və K vitaminləri, dəmir və manqan var. O, həmçinin E vitamini, B vitaminləri, maqnezium, kalium və fosforla da zəngindir. Balqabağı həm desert kimi yeyə, həm də şorba hazırlayıb, sobada zeytun yağı ilə bişirə bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər