• 23 Sentyabr 2024 23:29

“Həyat yoldaşım mənə qardaşımın baldızıyla xəyanət edib”

Aktrisa Sonaxanım Əliyeva ikinci dəfə ailə qurmaq istəyir.

 49 yaşlı aktrisa bu səbəbdən “Bizimləsən” verilişinə üz tutub. Canlı yayım zamanı Sonaxanımın qızı Nərgiz proqrama zəng edərək anasının növbəti dəfə ailə qurması haqda arzusunu dəstəklədiyini bildirib:

“Çox istəyərəm ki, anam xoşbəxt olsun. O xoşbəxt olsa, mən də olaram. Şəxsi həyatını qurmasını, yanında dəstəkçisinin, möhkəm dayağının olmasını istərdim”.

Sonaxanım ilk evliliyində həyat yoldaşının xəyanətiylə üzləşdiyini açıqlayıb:

“Ailəmdə xəyanət olub, özü də başqa biriylə yox. Demək olar ki, evimin içindəki şəxslə, qardaşımın baldızıyla. Bağışlanılmaz bir xəyanətdir, amma hər şey artıq unudulub”.(Axşam.az)

Tacxeber.com

Oxşar xəbərlər