• 22 Dekabr 2024 20:12

Bakıda tüğyan edən qrip virusu – Nə etməliyik? – Rəsmi CAVAB

Son günlərdə əhali arasında boğaz ağrısı, qızdırma, halsızlıq müşahidə edilən virus yayılıb. Hər il olduğu kimi, bu il də payız və qış mövsümündə mütəmadi olaraq kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artım tendensiyası müşahidə edilir.

Maraqlıdır bəs, bu  xəstəliklərdən qorunmaq üçün nə etməliyik?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, havaların soyuması hava-damcı yolu ilə yayılan respirator virus infeksiyaların yayılması üçün əlverişli şərait yaradır.

Onun sözlərinə görə, bu aylarda insanların qapalı məkanlarda daha çox toplanması, yaxın təmasların artması, otaqların daha az havalandırılması, soyuğun təsirindən burnun selikli qişasının infeksiyaya müqavimətinin azalması, immunitetin fəsli zəifləməsi və s. faktorlar yoluxmaların artmasına kömək edir.

Tacxeber.com

Oxşar xəbərlər