• 20 Sentyabr 2024 15:27

Maradonanın bu topu 2 milyona satıldı – FOTOLAR

Maradonanın bu topu 2 milyona satıldı - FOTOLAR

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərə ilə oyunda iki qol vurmaq üçün istifadə etdiyi futbol topu hərracda 2 milyon funta (2,4 milyon dollar) satılıb.

Topun başlanğıc qiyməti 570.000 avro olub. Topun kim tərəfindən aldığı qeyd edilməyib.

Qeyd edək ki, bu top 1986-cı il iyunun 22-də Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Argentinanın İngiltərəni 2:1 hesabı ilə məğlub etdiyi oyunda istifadə olunub. (Unikal)

Марадона играет рукой

Oxşar xəbərlər