• 23 Noyabr 2024 07:30

Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi

Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi

“Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı xaricdəki rus kəşfiyyat şəbəkəsinə müasir tarixdə ən güclü zərbə vuruldu”.  

Tacxeber.com BBC-yə istinadən xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib

Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında əks-kəşfiyyat rəhbəri bütün dünyada Rusiya səfirliyinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.

“Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən güclü strateji zərbə oldu”, – Makkallum qeyd edib.

Mİ-5 rəhbəri bildirib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı kəşfiyyatçı təkcə Böyük Britaniyadan qovulub.

Tacxeber.com

Oxşar xəbərlər