• 23 Noyabr 2024 15:25

Narın dənəsindən tutmuş qabığına kimi – Xərçəngdən qoruyur

Narın dənəsindən tutmuş qabığına kimi  –  Xərçəngdən qoruyur

Alim Mixail Kutuşov narın bütünlüklə orqanizmi xərçəngdən qoruya bildiyini açıqlayıb.

Tibb elmləri namizəsi təzə nar, onun qabığı, hətta çiçəklərinin, eləcə də nar şirəsinin güclü antioksidantlarla zəngin olduğunu bildirib.

“Nar orqanizmdə iltihabla mübarizə aparır, bilirik ki, məhz iltihabi proses təhlükəli hüceyrə transformasiyasına səbəb olur, bu zaman ölmüş hüceyrələrin bədəndən çıxarılması pozulur, anomal toplanma və hüceyrələrin birləşməsi baş verir, bu da müxtəlif şişlərin formalaşmasına səbəb olur.

Narda olan maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır, hətta onları öldürür.

Tibb sübut edib ki, nar qabığı mədə, bağırsaq, ağız boşluğu iltihabını aradan qaldırır. Eləcə də oynaqlarda artrit varsa, nar yeyilə bilər.

Nar baş beyinə təsir edir, damarları təmizləyir, yaddaşı gücləndirir.

Sübut olunub ki, nar yemək qadınlarda süd vəzi xərçəngi riskini dəfələrlə azaldır”. (Medicina)

Tacxeber.com

Oxşar xəbərlər