Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, müharibə veteranlarına verilən 80 manat qiymətlərin artması fonunda adekvat deyil: “Müavinətlər ona görə təyin edilmişdi ki, müharibə veteranları kommunal, nəqliyyat xərclərini təmin etsin. Bu gün nəqliyyat, kommunal xərclər də artıb. Amma müharibə veteranlarına verilən müavinətlər qalxmayıb. Bu məsələyə baxmaq lazımdır”.