Bakıda Toyota “Prius” markalı avtomobilin sürücüsü yanında oturan şəxsi bıçaqlayıb.
Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətt”inə daxil olub.
Şahidlərin sözlərinə görə, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Sürücü avtomobilindəki şəxsə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, məsələdən məlumatlıdırlar.
“Hazırda araşdırma aparılır. Əlavə məlumat veriləcək”.