• 23 Noyabr 2024 07:28

Azərbaycanda pasiyentə yanlış olaraq xərçəng diaqozu qoyuldu – VİDEO

 

Bakıdakı özəl klinikalardan birində pasiyentə yanlış diaqnoz qoyulub.

30 yaşlı Rəşad Cəbiyevə yastı epitel karsinoma, orta dərəcəli differensasiya, yəni ağız xərçəngi olduğu deyilib.

Rəşad Cəbiyevin üst-çənə nahiyəsində problem olduğu üçün Milli Onkologiya Mərkəzindən hospitallardan birinə əkilmə göndərilir. Bir həftə sonra Rəşad Cəbiyevə xərçəng xəstəliyi diaqnozu qoyulub və əməliyyat etmək istəyiblər:

“Sonra anlizlərimi Bakı Patologiya Mərkəzinə təqdim etdim. Əkilmənin cavabı müsbət gəldi. Bu cavabları götürüb Türkiyəyə getdim”.

Lakin Türkiyədə xəstəyə başqa cavab verilib. Məlum olub ki, onun dişinin dibi xərçəng xəstəliyi yox, texniki travmaymış.

Rəşad deyir ki, xəbəri eşidəndə yaşlı valideynləri, ailəsi ciddi sarsıntı keçirib.

Hadisə ilə bağlı xəstənin hospitaldakı həkimi Şahin Osmanov isə sorğuya münasibət bildirməkdən imtina edib.

Vəkil Günay Cəfərli məsələnin hüquqi tərəflərinə diqqət çəkib.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, vətəndaşın diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyinin profilə uyğun ixtisaslaşmış tibb müəssisəsində yenidən müayinənin aparılması məqsədəuyğundur:

“Bu da vətəndaşın Səhiyyə Nazirliyinə rəsmi müraciəti əsasında mümkündür. Bundan sonra alınan nəticəyə uyğun olaraq aidiyyəti tədbirlər görülə bilər”.

 Tacxeber.com

Oxşar xəbərlər