Çeçenlərin ermənilərə münasibəti getdikcə pisləşir – SƏBƏBLƏR
Çeçenlər Qafqazın ən qədim xalqlarından biri sayılır. Azərbaycan xalqını özlərinə doğma və yaxın bilən çeçenlərin ermənilərə münasibəti Birinci Qarabağ müharibəsindən sonra daha da kəskinləşdi. Qalibiyyələ nəticələnən İkinci Qarabağ savaşından sonra Çeçenistanın Azərbaycana qarşı ehtiramı birə-beş artdı. Amma ermənilərə olan neqativ münasibət nəinki kəskinləşdi, hətta xalqın mövqeyi bu istiqamətdə dönməz xarakter aldı. Bunun isə bir sıra səbəbləri var.KONKRET.az-ın Araşdırma qrupu həmin səbəbləri şərh etməyə çalışıb.
Qeyd edək ki, ermənilər belə iddia edirlər ki, hələ qədim zamanlardan ermənilərlə çeçenlər, daha doğrusu, onların əcdadları eyni dövlətdə – Urartuda yaşamışlar. Ermənilər öz uydurma mənbələrində Çeçenləri bir xalq kimi “Aşxaratsuyts”da xatırladıqlarını deməklə özlərini çeçenlərə “şirin” satmağa çalışsalar da, qafqazın yerli xalqı bu fakta ironiya ilə yanaşır. Çünki müsəlman çeçenlər yaxşı bilir ki, ermənilər rus imperializminin bir aləti kimi həmişə xalqın qanını sorub. Hələ 18-ci əsrdə müasir Çeçenistanın bəzi ərazilərində məhz erməni tacirləri yerli əhalinin yoxsullaşması üçün sələmçiliklə məşğul olur, mal və məhsulları dəllalıq edərək olduqca baha qiymətə satırdılar. Bu gün çeçenlərdə bazarlarda qiymət sövdələşməsində “Sən ermənisən?” atmacası təsadüfən səsləndirilmir. Çünki alış-verişdə qiymətdə güzəşt olmayanda satıcılara “ermənilərin ticarət qaydaları” xatırlanır.
Bu gün çeçenlər Şelkovskaya kəndində erməni iş adamının əsasını qoyduğu ipək fabrikini yaxşı xatırlayır. Bu fabrikin fəaliyyətini araşdırna cinayət materiallarının birində kütləvi qanunsuzluqlar hələ sıravi çeçenlərin yadından çıxmayıb. Hələ o da məlumdur ki, ermənilər Çeçenistanın neft sənayesinə soxulmaqla ən yüksək maaşları özlərinə yazdırır, bütün qohum-əqrəbalarını işlə təmin etməklə yerli xalqa ikinci dərəcəli insanlar kimi yanaşırdılar. Bu baxımdan ən məşhur Qroznı erməniləri arasında XIX əsrin məşhur neftçisi Axverdiyev bu gün nifrətlə yad edilir.
Qeyd edək ki, o dövrdə ermənilərlə çeçenlər arasında cinayət hadisələrinin sayı həddindən artıq çox idi. Yeri gəlmişkən, ermənilər Qroznıda öz kilsələrini yarada bilmişdi.
Tarixi məlumatda deyilir ki, Qroznıda erməni kilsəsinin əsası 19-cu əsrin 60-cı illərində qoyulub. Lakin 1930-cu illərdə çeçenlərin Sunjada erməni kilsəsini sökməsi hadisəsi bu gün də unudulmayıb. Erməni kilsəsi Rusiya- Çeçenistan müharibəsində “öz töhfəsi”ni verməklə xalqın gözündə düşmən terror yuvası tanınmağa başladı. Beləliklə də, ermənilər 90-cı illərdə Qroznıdan getməyə məcbur oldular.
Ermənilər bu gün fəxrlə deyirlər ki, Şeyx Şamilin Çeçenistandakı marşal və qubernatorlarından biri erməni tacirin oğlu olub. Ancaq “xaçkarlar” nədənsə Anastas Mikoyanın çeçenlərə elədikləri zülmdən danışmağa həvəsli deyillər.
Doğrudur, ermənilər iddia edir ki, ilk çeçen muxtariyyətinin xaç atalarından biri məşhur erməni bolşevikidir. Guya məhz o, 1924-cü ildə mərkəzi Qroznıda olan Çeçen muxtariyyətinin yaradılmasına nail olub.
Lakin çeçenlər öz tarixlərində Anastas Mikoyanın “xidmətləri”ni daha yaxşı xatırlayırlar. Məhz Mikoyanın böyük təsiri ilə çeçen xalqı Orta Asiyaya deportasiya edildi.
Qeyd edək ki, Azərbaycan-Ermənistan qarşıdurması zamanı çeçenlər azərbaycanlıların tərəfini tutanda ermənilər “Qafqazın yerli xalqlarının bir-birinə qarşı vuruşmaması” adı altında təbliğata da başladılar.
Bu gün Çeçenistanla Ermənistan arasında münasibətlər demək olar ki, sıfırın altındadır.
Birincisi, bu iki xalq bir-birinə qohum deyil. İkincisi, hər iki xalq arasında hətta coğrafi yaxınlıq da yoxdur. Bu gün çeçen mentalitetinə görə çeçen qadın erməniyə ərə gedə bilməz.
Bir çox çeçenlər, xüsusən də taleyin hökmü ilə vətənlərindən kənarda qalanlar İslam həmrəyliyindən çıxış edərək Azərbaycanı daim dəstəkləyiblər. Məsələn, hələ 2020-ci ildə İsveçdə yaşayan məşhur çeçen idmançı-döyüşçüsü Həmzət Çimayev sosial şəbəkələr vasitəsilə rəqibi, erməni döyüşçüsü Vardanyana meydan oxumaqla Azərbaycana dəstəyini bildirmiş, bu isə ermənilərdə böyük ajiotaj yaratmışdı. (KONKRET.az-ın Araşdırma Qrupu)