• 23 Noyabr 2024 21:16

Azərbaycanlı seleksiyaçı təbii soxulcan gübrəsi əldə edib

Türkiyənin İstanbul şəhərində yaşayan Azərbaycanlı seleksiya mütəxəssisi Rövşən Hacızadə ən təbii soxulcan gübrəsi edib.

Bu barədə agentliyə məlumat verən Hacızadə ən təbii soxulcan gübrəsini həşəratlara bitki və meyvələr verərək əldə etdiyini bildirib. ”Həşəratlara hər növ meyvə və bitki verirəm.Qidaları xüsusi aparatda  qarışdırır və süni heç nə qatmıram. Bu layihəmin üzərində 1.5 il çalışandan  sonra dünyanın ən təbii soxulcan gübrəsini əldə etməyə müvəffəq oldum. Türkiye Bilim ve Araştırma Kurumu (TÜBİTAK) mənim əldə etdiyim gübrənin xüsusiyyətləriylə bağlı müsbət raport verib.İstanbulun Beyoğlu bələdiyyəsində çalışan əməkdaş kimi bu gübrəni əldə etməyimdə Türkiyə Cümhuriyyətinin birinci xanımı hörmətli Emine Erdoğanın mənəvi dəstəyi olub, Emine xanıma minnətdarlığımı bildirirəm.Mənim əldə etdiyim soxulcan gübrəsinin tərkibindəki azotun miqdarı normal gübrələrdən 4 dəfə çoxdur.Hal-hazırda ambarımızda 15 ton soxulcan gübrəmiz var. Malatya vilayətindəki ərik plantasiyasının sahibi olan bir fermer gübrənin hamısını almaq üçün bələdiyyəmizə müraciət edib”

Layihənin həcmini genişləndirmək fikrində olduğunu deyən Rövşən Hacızadə bunun üçün bələdiyyənin  verəcəyi böyük yerə köçəcəyini sözlərinə əlavə edib. ”Əldə etdiyim təbii soxulcan gübrəsinə dünyanın hər yerindən ciddi tələblər gələcəyinə inanıram.Müvafiq infrastrukturun yaradılması halında ildə təxminən 1000 ton təbii soxulcan gübrəsi əldə edə bilərəm. Təkrar edirəm: bu gübrəni əldə etmək üçün heç bir süni metodlardan istifadə etmirəm,hər şey təbii yollarla baş verir.Bidonlarda banan qabığı daxil olmaqla, hər cür çürümüş və saf meyvə növü var.Soxulcanlar onları yeyərək gübrə ifraz edir. Türkiyədə bu nəticəni əldə edən ilk mütəxəssis mənəm.Və əminəm ki, dünyada da indiyə kimi bu qədər güclü təbii gübrə əldə edilməyib”.

1974-cü ildə Bakının Novxanı qəsəbəssində anadan olan Rövşən Hacızadə, 2001-ci ildə Ankara Universiteti Kənd təsərrüüfatı fakültəsini bitirib. 2013-cü ildən bəri İstanbulun Beyoğlu bələdiyyəsində işləyən seleksiyaçı Hacızadə, əldə etdiyi soxulcan gübrəsini Türkiyənin və dünyanın kənd təsərrüfatı yarmarkalarında nümayiş etdirməyi düşünür. (Turan)

Tacxeber.com

Oxşar xəbərlər