• 20 Sentyabr 2024 01:26

Azərbaycan İranla sərhəddə beton divar tikəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycan İranla sərhəddə beton divar tikəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycan və İran arasında yaşanan gərginlik fonunda Azərbaycan-İran sərhədində beton divar çəkilməsi ideyası daha çox tərəfdar toplamağa başlayıb. Düşünülür ki, bununla qaçaqmalçılıq, kəşfiyyatçılıq kimi halların qarşısı alına bilər.

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Ceyhun Məmmədov ideyanın qısa müdətdə reallaşacağına inanmadığını bildirib:

 

“Məsələ üzərində ciddi düşünmək lazımdır. Sərhəddə divarın çəkilməsi böyük vəsait tələb edir. Eyni zamanda nəzərə almaq lazımdır ki, İranda milyonlarla soydaşımız yaşayır. Bu baxımdan hazırkı dövr üçün divarın çəkilməsinə ehtiyac olmadığını düşünürəm”.

 

Millət vəkili İranla sərhəddə nəzarət məntəqlərinin sayının artırılmasını təklif edib:

 

“Bir çox ölkələr arasında, məsələn, Türkiyə-Suriya sərhədində divar çəkilib. Biz isə İranla sərhəddə nəzarət məntəqələrinin sayını artırmaqla problemi həll edə bilərik. Gələcəkdə ehtiyac olarsa, sərhədə beton divar çəkmək olar. Hazırda isə müasir qurğular vasitəsilə sərhəddə təhlükəsizliyi təmin etmək, qaçaqmalçılıq kimi qanunsuz halların qarşısını almaq mümkündür”.

Tacxeber.com

Oxşar xəbərlər