Tanınmış oftomaloq Cahid Şahbazov göz problemlərinin müalicəsində balıq yağının faydasız olduğunu bildirib.
Tacxeber.com xəbər verir ki, həkimin sözlərinə görə, balıq yağı miopiya (yaxından görmə) proqresiyasını dayandıra bilməz.
“Doktor, uşağa hansı balıq yağını məsləhət görürsünüz? Sualına cavab: Sevgili və dəyərli omeqa fanatları, məsələ omeqa və bənzəri əlavələrin miopiyanın inkişafında faydasız olmasından gedir! Başqa məqsədlər – pediatr tövsiyyəsi ilə buyurun için, faydalanın, şəfalanın, amma eynəkdən qurtulmaq, ya da zəyifləmənin qarşısını almaq üçün istifadə etməyin, mənasızdır!”, – deyə həkim qeyd edib.