Nüsretin restoranında 615 MİNLİK hesab – FOTOBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında “Formula 1” iştirakçıları alman pilot Sebastian Vettelin vida partisinə yığışıblar.
Tacxeber BAKU.WS-ə istinadən xəbər verir ki, 20 nəfərdən ibarət qonaqlıq türkiyəli məşhur aşpaz Nüsret Gökcenin Əbu-Dabidə yerləşən restoranında baş tutub.
Pilotlara bahalı menyu təqdim edilib. İdmançılar şam yeməyində “Petru” şərabı içiblər ki, bunun da bir şüşəsi 27 min dollardır (təxminən 45 min 900 AZN).
Bahalı qonaqlığın sonunda 615 min 65 BƏƏ dirhəmi (284 min 649 AZN) ödənilib.