• 23 Noyabr 2024 09:30

Bu ölkələr SU ALTINDA qalacaq: 2100-cü ilə qədər dünya xəritəsi belə dəyişəcək – FOTO

London, Nyu-York, Banqkok və digər iri şəhərlərin böyük hissəsi 2100-cü ilə qədər su altında qalacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinin qlobal istiləşmənin trayektoriyasına əsasən yaydığı proqnozda deyilir.

Bildirilib ki, ölkələrin sahil xətləri kökündən dəyişəcək. Bütün şəhərlər qismən və ya tamamilə su altında qalacaq. Bütün bunlar okeanların səviyyəsinin qalxmasına səbəb olan qlobal istiləşmə ilə əlaqədardır.

Planet 3°C-yə qədər istiləşə bilər. Belə bir dəyişiklik bütün dünyada milyonlarla insanın həyatına fəlakətli təsir göstərəcək. İsti dalğalar daha uzun davam edəcək, quraqlığa və qlobal ərzaq qıtlığına səbəb olacaq. Xəstəlik daha sürətlə yayılacaq. Qütb buzları əridikcə, dəniz səviyyəsi yüksələcək.

Bəşəriyyət aktual iqlim problemlərinin həlli yollarını tapmasa, dünya xəritəsi aşağıda təqdim olunan fotolardakı kimi dəyişəcək. Belə ki, 2100-cü ilə qədər xəritədə qırmızı ilə vurğulanan bütün ərazilər su altında qalacaq.

Tailandın paytaxtı Banqkok sel suları ilə demək olar ki, tamamilə məhv ola bilər. Vyetnamın cənub hissələri də böyük risk altındadır.

Şimali Fransa, Belçika, Almaniya, ardından Niderlandın, təxminən yarısı sular altında qalacaq. Amsterdam və Haaqa adalara çevrilə bilər.

İngiltərə belə dəyişəcək. Fotoda Midlendlərin çoxunun su altında qalacağı göstərilir.

London Qərb dünyasının ən çox zərər dəyən böyük şəhərlərindən birinə çevriləcək.

Britaniya paytaxtının Temza boyunca mərkəzi hissəsi 2100-cü ilə qədər su altında gizlənəcək.

ABŞ da zərər çəkəcək. Aşağı Manhetten daxil olmaqla, Nyu-Yorkun bəzi hissələri su altında qalacaq.

San-Fransisko, Los-Anceles və digər Amerika şəhərləri belə dəyişəcək.

Əvvəllər qeyri-kommersiya təbliğat qrupu “Climate Central” qlobal istiləşmə və buzların əriməsi səbəbindən dəniz səviyyəsinin qalxmasından sonra turizm istiqamətlərinin necə olacağını vizuallaşdırmışdı. Bu, növbəti yüz ildə baş verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər