• 23 Noyabr 2024 07:58

Şəhriyar Oksana ilə boşanmasından danışdı – Elə bir eşqə rast gəldim ki…

“Sürprizlərlə doluyam, pozitivəm. Müsbət enerji ilə doluyam. İstədiyiniz mövzularda (şəxsi həyatı, rəqqasə-aktrisa Oksana Rəsulova ilə ayrılığı nəzərdə tutur – red.) müsahibə verməyəcəyəm. Keçmiş keçmişdə qalır”.

Tacxeber.com xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov “MTV maqazin” proqramında deyib.

Rəqqasə-aktrisa Oksana Rəsulova ayrılıqları ilə bağlı sualları cavablandırmayacağını deyən aparıcı yenidən ailə quracağını dilə gətirib:

“Həyatımda hər şey ola bilər. Bir də gördünüz elə bir eşqə rast gəldim ki, həyatımı 180 dərəcə dəyişdi. Hər kəs həyatda öz yarını axtarır. Hər kəsə onu tapmaq nəsib olsun ki, güclü lider olsun. Allahın bir sınağı, hədiyyəsi kimi baxmaq lazımdır. Allah insanı sevdiyi üçün ona bu hadisələri verir”.

Oğlu Osmandan danışan Əbilov “Övladımız hər ikimizin yanındadır. Hər şey yaxşıdır. Hər kəsin – sevdiklərimin, həyatımda olan və olmayanların xoşbəxt olmasını istəyirəm” sözlərini söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər