• 23 Noyabr 2024 05:45

Yeni ildə qiymətlər yenidən artacaq: Ən çox bu məhsullar bahalaşacaq

Yeni ildə qiymətlər yenidən artacaq: Ən çox bu məhsullar bahalaşacaq

“Burada iki məsələ var: kommunal, strateji məhsullar, çörək, yanacaq, sərnişin daşıma, dərman preparatları və s. məhsulların qiyməti Azərbaycan Repsublikasının Tarif Şurası tərəfindən tənzimlənir. Orada da qiymətlərin qalxması, yaxud ucuzlaşmasını müzakirəyə çıxarırlar, ondan sonra isə qərar verirlər ki, filan qiymətdə olsun. Amma biz bu günə kimi hansısa məhsulun ucuzlaşıdırılması haqqında qərar görməmişik, hər zaman bahalaşmanın şahidi olmuşuq”. 

Bu sözləri Yenisabah.a-za açıqlamasında iqtisadi-ekspert Asif İbrahimli deyib.

İqtisadçı Yeni il ərəfəsində qiymətlərin qalxmasıyla əlaqəli səslənən fikirlərə münasibət bildirib:

“Məsələn, sərnişin daşıma ilə bağlı müraciət olunub. Çünki daşıyıcı şirkətlər artıq öz borcunu-xərcini ödəyə bilmir. Qiymət formalaşması isə – hansı ki, mən hər zaman demişəm və yenə də deyirəm, bu, bir qaydadır. İnsanlar hər zaman düşünür ki, süni bahalaşma baş verir, xeyr, süni bahalaşma baş vermir. Digər məsələlərin fonunda, yəni qiymət əmələgəlmə prosesini tənzimləyən mexanizmlər var. Bəs qiymət əmələgəlmə necə baş verir? Hər hansı bir məhsulun ərsəyə gətirilməsi üçün istifadə etdiyin xammal, vergilər, nəqliyyat xərcləri, işçilik, administrativ xərclər, vergi xərcləri toplanılır və müəyyən bir hissə üzərinə mənfəət qoyulur. Beləliklə də, qiymət əmələgəlmə prosesi bu qaydada baş verir”.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə daxili və xarici faktorlar ucbatından qiymətlər məhsullar bahalaşır:

“Məsələn, hansısa xammalın xaricdən Azərbaycana gətirilməsi bahalaşıb deyə bu, təbii ki, qiymətə öz təsirin göstərəcək. Ötən il ərzində Azərbaycanda yanacağın qiyməti 2 dəfə artdı. Təbii ki, bu, daşınmada qiymətlərə təsiri göstərəcək, çünki maya dəyəri artıb. Habelə inşaat materiallarının qiyməti artdığına görə, tikinti sektorunda mənzillərin qiyməti artacaq. Bu da təbiidir. Yaxud sərnişin daşımada, əgər avtomobil ehtiyyat hissələrinin, yanacağın və digər amillərin qiyməti artıbsa, bu da artıq bunun əsas elementlərindən biridir”.

“Keçən ilə nisbətən minimal əmək haqqı 250 manat idi, bu il oldu 300 manat. Əgər hazırkı maaşlar həmin o minimal əməkhaqqı olan 300 manatın fonunda tənzimlənirsə, deməli, əməkhaqqı fondu da artdı. Bunların hər biri isə maya dəyərinin şişməsinə gətirib çıxarır və qiymətin bahalaşması ilə nəticələnir”, – qiymət artırmından söz açarkən deyib.

“Yeni il ərzində də belə bir tendensiya var: konkret olaraq məhsullara tələbat artdığına görə, qiymət artımları daim olur. Bu, Azərbaycanda yazılmamış qanundur və hər hansı bir başqa bir mexanizm tətbiq olunmur ki, orada qiymətlərin azaldılması, yaxud tənizmlənməsi həyata keçirilsin. Yeni il ərəfəsində də bu kimi məsələri hər zaman müşahidə etmişik. Qısası, xüsusilə qida məhsullarında qiymətin artması gözlənilir”, – deyə müsahibimiz yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər