Ukraynada Rusiyanın qırıcısı vuruldu, pilot öldü Dünya 19 Noyabr 2022 16:45 129 Ukraynanın Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında Rusiya Silahlı Qüvvələrinə məxsus “Su35-S” qırıcı vurulub. Tacxeber.com xəbər verir ki, məlumatı “Ukraina seyças” yayıb. Bildirilib ki, Rusiyanın döyüş təyyarəsi Norveçin “Nasams” hava hücumundan müdafiə kopmleksi ilə vurulub. Məlumata görə, katapult edən pilot da ölüb. Qeyd edək ki, “Su-35-S” Rusiyanın yeni nəsil qırıcılarından sayılır. Tacxeber.com