• 23 Noyabr 2024 06:27

Müharibə bu vaxt bitəcək – ŞOK PROQNOZ

Ukrayna qüvvələri dekabr ayının sonuna kimi müvəqqəti işğal olunmuş Krıma daxil ola bilər, yaza qədər isə müharibə başa çatacaq”.

 

Musavat.com “liga.net” saytına istinadən xəbər verir ki, bu proqnozu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov səsləndirib.

 

O, Rusiyadan nüvə zərbəsi endirilməsi ehtimalını aşağı hesab edir: “Bəli, bu, çox ağır dram olardı, lakin Ukraynanın işğalçılara müqavimət göstərməsinə mane olmayacaq”.

 

Kremllə sülh danışıqlarının perspektivinə gəlincə, Aleksey Reznikovun müavininə görə, bu məsələ danışıqlar yalnız Rusiya qoşunlarının Krım da daxil olmaqla bütün Ukraynanı tərk etməyə hazır olduğunu bəyan etməsindən sonra mümkündür.

 

Xersonun azad edilməsinin Krımın qaytarılması kimi başqa hədəfləri özü ilə bərabər gətirməsi barədə sualına Qavrilov belə cavab verib: “Bu, sadəcə zaman məsələsidir və təbii ki, biz bunu tez həyata keçirmək istərdik”.

 

Onun fikrincə, yalnız gözlənilməz bir hadisə, məsələn, Rusiya prezidenti Vladimir Putin rejiminin qəfil süqutu buna rəvac verə bilər.

 

Qavrilov qeyd edib ki, ruslar yenidən toplanmaq üçün müharibəyə fasilə verməkdə maraqlıdırlar: “Ona görə də bizim dayanmağa haqqımız yoxdur. Biz irəli getməliyik”.

 

Müharibənin başa çatmasına gəlincə, Ukrayna rəsmisinin fikrincə, Rusiya cəbhəyə əlavə qüvvələr gətirə bilsə, uzunmüddətli döyüşə hazırlaşmaq lazım olacaq: “Əlbəttə, bu halda müharibə bir qədər vaxt aparacaq. Amma hiss edirəm ki, yazın sonuna qədər savaş başa çatacaq”.

Tacxeber.com

Oxşar xəbərlər