• 23 Noyabr 2024 09:07

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək.

Tacxeber.com xəbər verir ki, sayca 22-ci olacaq mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

A qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 60 minlik azarkeş tutumuna malik “El-Bayt” stadionundakı qarşılaşmanı italiyalı Daniele Orsato idarə edəcək. Görüşdən əvvəl açılış mərasimi gerçəkləşəcək.

Turnir ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Qətər yarışa ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. Bu, həm də 32 komandanın iştirakı ilə baş tutan sonuncu çempionat olacaq. 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi mundialda 48 yığma mübarizə aparacaq.

İndiyədək final mərhələlərində 79 ölkə iştirak etmişdi. Qətər ilk dəfə yarışa qatılır və beləliklə, millilətin sayı 80-ə çatacaq. Əvvəlki 21 turnirdə 8 komanda çempionluq sevinci yaşayıb. Braziliya 5, İtaliya və Almaniya 4, Uruqvay, Argentina və Fransa 2, İngiltərə ilə İspaniya hərəyə 1 dəfə qalib olublar.

Sonuncu mundialda – 2018-ci ildə Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

DÇ-2022-nin qalibi 40 milyon ABŞ dolları qazanacaq. İkinci yeri tutan milliyə 30 milyon, üçüncü yerin sahibinə 27 milyon dollar veriləcək. 4-cü olan kollektiv isə 25 milyon dollar alacaq.

Dünya çempionatı
A qrupu

I tur

20:00. Qətər – Ekvador

Baş hakim: Daniele Orsato (İtaliya)

“El-Bayt” stadionu

Qeyd edək ki, mundial dekabrın 18-də başa çatacaq.

Tacxeber.com

Oxşar xəbərlər