Necə ki, dəri altına, qarına piy yığılır, qan da piylənir. Qanın piylənməsi hiperxolesterinemiya adlanır. Yəni qanda xolesterinin artması. Qanın piylənməsinin nəticəsi damarların – turbaların getdikcə tutulmasıdı. Bu isə hipertenziya, miokard infarktı, insult və digər problemlər yaradacaq.
Tacxeber.com xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkim hesab edir ki, qan piylənməsinin yeganə müalicəsi və profilaktikası dietadır.
“Vaxtında başlasanız, digər dərmanlara ehtiyac qalmaz. Qanı piylənmiş adamlar gündə 2 dəfə qidalanmalıdır.
Ümumiyyətlə, bütün insanlar gündə cəmi 2 dəfə qidalanmalıdır. Ən rahat metod səhər yeməyini günorta 12-yə qədər yubadın. Axşam yeməyi də 20:00-da bitsin. Bu rejimlə yeməklərin arasında 16 saat müddət əmələ gəlir ki, bu dövrdə qan piyinin əriməsi üçün şərait yaranır. Arada atışdırma etmək olmaz. Su içməyi isə artırın.
Çətin olacaq əvvəlcə. Amma 1 həftəyə öyrəşəcəksiz. Artıq çəkiləriniz də gedəcək.
Şiriniyyat və çörəyi də çıxarsanız, maksimal nəticə alarsız”, – həkim əlavə edib.