Dünyada 1 milyarddan çox meloman qulaqcıqla musiqiyə qulaq asdığına və yüksək səslə musiqi dinlədiyinə görə kar ola bilər.
Tacxeber.com-ın məlumatına görə bu xəbərdarlıq “BMJ Global Health” elmi jurnalında dərc olunub.
Tədqiqatlara görə, 12-34 yaş arası insanların 24 faizi yüksək səslə musiqi dinləməyi sevir. Bu siyahıya diskoteka, bar kimi səs-küylü yerlərə gedənlər də daxil edilib. Ümumilikdə, bu qayda ilə dünyada 1,35 milyard insan musiqini təhlükəli səviyyədə dinləyir.
Alimlərin fikrincə, qulaqcıqlardan düzgün istifadə etmədiyinə görə 1 milyarddan çox insan kar ola və ya eşitmə problemi ilə üzləşə bilər.