• 23 Noyabr 2024 05:26

Ürəyin çox sürətli döyünür? – Yüksək nəbzin TƏHLÜKƏSİ

Ürəyin çox sürətli döyünür? – Yüksək nəbzin TƏHLÜKƏSİ

Nəyə görə hər kəs öz normal və aktivlik zamanı ürək ritminin neçə olmasını bilməlidir?

Tacxeber.com xəbər verir ki, ürək vurğusunun tezliyini göstərən nəbz sağlamlıq haqqında vacib məqamdır. O, ürək-damar sistemində ciddi pozulmaları göstərə bilər.

Kardioloq Natalya Dobrosolçeva ürək ritminin qəfil dəyişməsinə diqqətli olmağa çağırıb.

“Ürəyin işində pozulmaların forması təhlükəli və təhlükəsiz ola bilər. Ürək ritminin pozulması ürək yığılmasının həddən artıq sürətli, tez-tez və ya həddən artıq ləng, az yığılmasıdır. Eləcə də yığılmalar arasında intervallar qeyri düzgün və sabit olmaya bilər. Buna aritmiya və bradikardiya deyilir.

Nə qədər sürətli, güclü ürək atışı olursa, damarlara o qədət çox qan vurulur, amma daxili orqanların oksigenlə təminatı bir o qədər də düşür.

Nəbzin normasını onun dəqiqədə atış sayı və vurğular arasında intervala görə təyin edirlər.

Ürək ritminin pozulmasının bu səbəbləri ola bilər:

– Ürək-damara bağlı konkret xəstəlik, patologiya

– Təzyiq

– Şəkər

– Hormonal pozulma, zob

– Qanazlığı

– İçki, qəhvə, siqaret

– Müxtəlif vitaminlərin, kaliy, maqniyin defisiti

Nəbzi bədəndə iri arterial damarların keçdiyi hissədə toxunub, tutmaqla saymaq olur. Bu adətən boyun və bilək damarlarında olur.

Eləcə də gicgah, diz altı və bud arteriyasında nəbz tutulur.

Sekundomeri qoşaraq, 60 saniyə ərzində vurğuları dəqiq sayırsız.

Xəstə sakit əyləşmiş halda olmalıdır.

Yeməkdən, hərəkətdən sonra ritm sürətli olur.

Əgər vurğular çox kəskin, sürətli, itidirsə və ya çox ləng, gec, zəifdirsə, kardioloqa müraciət edin.

Normadan sakit halda nəbz 70-90 arası olmalıdır. Qaçanda, ağır iş zamanı 110-u keçə bilər. Amma nəbz həmişə 100-dən yuxarıdırsa bu taxikardiya və ya aritmiya ola bilər”.

Tacxeber.com

Oxşar xəbərlər