Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.
Tacxeber.com “Unikal”-a istinadən bildirir ki, yubiley tədbirində iştirak edən qonaqlar artıq Mərkəzə gəlirlər.
Tədbirə dəvət olunanlar arasında siyasi partiyaların sədrləri də var.
Onlardan keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, ReAL Partiyasının sədri İlqar Məmmədov, Ümid Partiyasının sədri İqbal Ağazadə, Gələcək Azərbsaycsan Partiyasının sədri Ağasif Şakiroğlu qatılıblar.