Bakının Xəzər rayonunda kişi 5 yaşlı qızına işgəncə verməkdə ittiham olunur.
Tacxeber.comTeleqraf.com– a istinadla xəbər verir ki, hadisə rayonun Qala qəsəbəsi, “Xaşaxuna” bağlar massivində baş verib.
İttihama görə, Nadir (adlar şərti verilib – red.) 2018-ci il təvəllüdlü qızı Nərminəyə yaşadıqları evdə dəfələrlə işgəncə verib. O, sonuncu dəfə isə 2022-ci ilin yanvarın əvəllərində Nərminənin ölümündən təxminən 2 həftə öncə onu mütəmadi olaraq döyüb, ona qarşı digər zorakı hərəkətlər edib.
Cinayət işinin materiallarına görə, Nadir azyaşlı qızını dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb.
Daha sonra boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb, boğucu hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Nadirin barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə vermə) və 133.2.6-cı (işgəncə vermək) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin icraatına verilib.