İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt bu gün DÇ-2022-nin qrup mərhələsinin İrana qarşı keçiriləcək matçı barədə danışıb.
“The Guardian”a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis İran millisinin yaxşı komanda olduğunu deyib:
“Səbirsizliklə bu oyunu gözləyirik. Futbolçuların motivasiyası yüksəkdir. Onlar nəzarət edə biləcəkləri şeyə diqqət etməlidirlər. Bu, bizim məşqlərimiz və matçlarımızdır. Rəqiblərimizin keyfiyyətini bilirik. İran Karloş Keyruşun rəhbərliyi altında son dünya çempionatında güclü rəqiblərə qarşı çox mütəşəkkil komanda olduqlarını göstərdilər. Qalib gəlmək üçün ən yaxşısını verməliyik”.
Qeyd edək ki, bu gün keçiriləcək İngiltərə – İran matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. (Qol.az)