Ruslar Ukraynanı atəşə tutdu Dünya 21 Noyabr 2022 16:00 155 Rus işğalçıları Ukraynanın Xerson şəhərində mülki infrastrukturu vurub. Yaralı mülki vətəndaşların olduğu bildirilir. Tacxeber.com UNİAN-a istinadıa xəbər verir ki, bu barədə Regional Şura sədrinin birinci müavini Yuri Sobolevski məlumat verib: “Yenə Xersona, yenə mülki infrastruktura atəş açdılar. Yaralı mülki insanlar var, tibbi yardım göstərilir”. Qeyd edək ki, “Suspilne Xerson” işğaldan azad edilmiş şəhərdə saat 11-dən başlayaraq silsilə partlayışların baş verdiyini bildirib. Xerson vilayəti üzrə Milli Polis Baş İdarəsindən isə bildirilib ki, atəş nəticəsində ölən və yaralananlar var. Tacxeber.com