• 23 Noyabr 2024 03:59

Rusiya Luqanskı da itirmək üzrədir: Putin devriləcəkmi?..

Rusiya Luqanskı da itirmək üzrədir: Putin devriləcəkmi?..

Rusiyanın faktiki olaraq, Ukrayna-Rusiya müharibəsində məğlubiyyəti hansı nəticələri doğura bilər? Putin ən nəhayət nüvə silahına əl ata bilərmi? Yaxud Rusiyada çevriliş baş verə bilərmi?

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın nüvə silahından istifadə etməsi inandırıcı deyil. Çünki Rusiya nüvə silahından istifadə etsə belə, o silahın Ukrayna ərazisində düşüb-düşməyəcəyi sual altındadır.

Çünki Ukraynanın raketdən güclü müdafiə sistemləri var. Əgər Ukrayna ərazisinsə nüvə silahı düşsə belə, onun dalğasından Rusiya özü də təsirlənəcək.

Samir Hümbətov

Samir Hümbətov

“Bu isə uzun müddətli, yüzillər boyunca radiasiyanın qalması deməkdir. Bu da əlbətdə ki, böüyk bir ekoloji fəlakətin yaranmasına səbəb ola bilər. Bu baxımdan hesab edirəm ki, Rusiya həmin ərazilərə nüvə silahı atmaq imkanı verilməz. Hətta taktiki silah atmaq imkanı belə verilməz”,- deyə politoloq qeyd edib.

Dövlət çevrilişinə gəldikdə isə, Samir Hümbətov qeyd edib ki, hələ ki, Rusiyada, Kreml daxilində belə bir şərait yaranmayıb.

“Putinin əvəzinə uyğun bir namizədin olması laızmdır ki, ondan sonra bu proses həyata keçrilsin. Siyasi elitanı boş saxlaya bilməzlər. Siyasi elitanın boş qalması əslində proseslərin daha gərgin məcraya keçid etməsinə şərait yarada bilər. Bu da qarşısı alınmaz vəziyyət yarada bilər. Rusiyanın tezliklə parçalanmasına gətirib çıxara bilər”,- deyən politoloq hesab edir ki, belə bir prosesin baş tutması hələ ki, mümkün deyil.

O, qeyd edib ki, Rusiyanın yavaş-yavaş Ukrayna ərazilərindən çəkilmə prosesi baş verəcək. Bu da son nəticədə Ukraynanın öz ərazilərini bərpa etməsi, imkanlarını genişləndirir. Eyni zamanda bununla paralel olaraq Rusiyanın bölgədə nüfuzunun zəifləməsi prosesini gücləndirir.

“Bu baş verir. Amma nüvə silahının atılması və yaxud Kreml adminsitrasiyasında çevriliş inandırıcı görünmür. Rusiya tam şəkildə Ukrayna ərazisindən çıxacağı halda çevriliş gözləniləndir”,- deyə politoloq qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər