• 23 Noyabr 2024 03:35

Azərbaycanda “Vicay” ləqəbli iş adamı tanışını QƏTLƏ YETİRDİ – TƏFƏRRÜAT

Azərbaycanda

Şəkil Ağır Cinayətlər Məhkəmsində bu ilin fevralında 1979-cu il təvəllüdlü Cavanşir Şükürovu tüfənglə qətlə yetirən 1985-ci il təvəllüdlü Nicat Əliyevə hökm oxunub.

Tacxeber.com xəbər verir ki, məhkəmə iclasında baş vermiş qətlin detalları məlum olub.

Hadisənin baş verdiyi gün Cavanşir, “Vicay” ləqəbli Nicat və tanışları Nazir adlı şəxs “Əhmədin kafesi” kimi tanınan kafeyə gedib yemək sifarişi verdikdən sonra digər tanışları Vüsal və Raufu da oraya dəvət ediblər.

Birlikdə yeyib-içdikdən sonra ofisiant hesabı gətirib. Cavanşir hesabı ödəməsi üçün Nazirə 2 ədəd 20 manat verib. Bir müddət sonra ofisiant yenidən gəldikdə Cavanşir Nazirdən hesabı ödəməsini istəyib. Nazir isə Cavanşirə ona pul vermədiyini deyib. Cavanşir bundan əsəbiləşərək Nazirlə dalaşıb. Onları aralaşdırmaq üçün araya Nicat girib. Cavanşir cibindən bıçağını çıxararaq Nicatın qarnına dirəyərək onu vuracağı ilə hədələyib.

Nicat Cavanşirin ona bıçaq dirəməsini özünə qarşı hörmətsizlik kimi qəbul etdiyindən məclisi əvvəl tərk edən Rauf və Vüsala zəng edərək pulun kimdə olduğunu dəqiqləşdirməyə çalışıb.

O Cavanşirə bildirib ki, əgər pul başqa adamdan çıxsa, bıçaq çıxarmaq məsələsinin axırı yaxşı olmayacaq.

Nicat məhkəməyə ifadəsində bildirib ki, Raufa zəng etdikdə o puldan xəbəri olmadığını deyib:

“Sonra Vüsala zəng etdim. Mənə Cavanşirin 40 manat məbləğində hesabı Nazirə verdiyini gördüyünü, həmin vaxt orada olduğunu dedi. Cavanşir telefonu söndürəndən sonra mənə baxb gülə-gülə “bayaq deyirdin, bu söhbətin axırı yaxşı olmayacaq, nətər edək indi bu söhbəti” dedi”.

Onlar bu mübahisədən sonra yenə də spirtli içki sifariş edərək birlikdə yeyib-içiblər. Bir müdddət sonra Arzu adlı tanışlarının telefonuna zəng gəldiyinə görə, çölə çıxıb. 10 dəqiqə sonra kabinetə daxil olaraq cibindən 2 ədəd 20 manat çıxarıb və Cavanşirə uzadıb. O, pulun Nazirin cibindən çıxdığını və həmin pulu Raufun gətirdiyini deyib. Bu zaman Cavanşir Nazirin ünvanına nalayiq söyüş ünvanlayıb. Əsəbi halda Nicata “pul Nazirdən çıxmasa, yaxşı olmayacaq” sözünü xatırladıb və “indi de görüm sənin axırın necə olacaq” deyib.

“Cavanşirin artıq-əskik danışacağını düşünərək söhbətə bayırda aydınlıq gətirək dedim.Cavanşirə səhv etdiyimi və səhvimə görə üzr istədiyimi, onun da  bıçaq çıxardığına görə üzr istəməli olduğunu bildirdim. O isə mənə itirəcəyi heç nəyin olmadığını, qalan bir anasına qardaşının baxacağını, məni öldürməyin az fərq edəcəyini dedi, cibindən yenidən həmin bıçağı çıxardıb sol ayağıma batırdı. Əlindəki bıçağı alıb kolluğa atdım”.

Tanışlar Cavanşirin avtomobili ilə hadisə yerindən uzaqlaşıb. Cavanşir maşını saxlayıb evdən tüfəng götürüb. Nicat ondan tüfəngi nə məqsədlə götürdüyünü soruşduqda o, “lazım olar” cavabını verib. “Səni ödürərəm” təhdidini xatırlayan Nicat Cavanşirin onu öldürmək istədiyi qəaətinə gəlib. O, üzərində pul olmadığını bəhanə edərək maşından düşüb. Bundan sonra yaşadığı evdən atasından yadigar qalan ov tüfəngini götürərək “Okean” restoranına gedib.

“Tüfəngi Cavanşiri öldürmək üçün götürsəm də,  yolda 3 uşağımı xatırlayıb əgər “Cavanşir məndən üzr istəsə, öldürməyəcəm” deyə düşündüm” 

Nicat yenidən restoranda Cavanşirlə yeyib-içib və ona etdiyi hörmətsizliyə görə üzr istəməli olduğunu xatırladıb. Cavanşir isə ayaqüstə qalxaraq ona “Vicay, mən bayaq dedim axı itirəcəyim heç nə yoxdu, mənə şərt qoya bilməzsən, səni öldürərəm” deyib və onun üzərinə yeriyib.

Bu zaman ətrafdakı şəxslər onları aralayıb. Beləcə Nicatın onu öldürmək niyyəti dəqiqləşib. O, şübhə çəkməmək üçün bir müddət yeyib-içdikdən sonra avtomobildən tüfəngi götürərərk geri qayıdıb. Cavanşirə atəş açıb və o,  yerə yıxılıb. Daha sonra ikinci dəfə atəş açıb.

Məhkəmənin hökmü ilə Nicat Əliyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs biznes fəaliyyəti ilə məşğul olub.

Tacxeber.com

Oxşar xəbərlər