• 23 Noyabr 2024 05:24

Ukraynalı qaçqınları təhqir edən rus Almaniyadan deportasiya edilib – VİDEO

Ukraynalı qaçqınları təhqir edən rus Almaniyadan deportasiya edilib - VİDEO

Ukraynalı qaçqınları təhqir edən rus qadın Yuliya Proxorova Almaniyadan deportasiya edilib.

Tacxeber.com xəbər verir ki, alman jurnalistlər Yuliyanın ölkədə qeyri-qanuni olduğunu bildirib. Rusiyalı qızın deport edilməsini yerli “The Insider” media orqanı Berlin hava limanından çəkilmiş videonu paylaşaraq məlumat yayıb.

Yuliya Proxorova mayın 9-da Münhendə “Kalinka” rəqsi oynaması və Almaniyada ukraynalılara qarşı təxribat ilə gündəmə gəlmişdi. Almaniya mətbuatının yaydığı kadrlarda Proxorovaya oxşayan qadın görünür. Rəsmi mənbələr isə videodakı qızın Yuliya olduğunu hələlik təsdiqləməyib. Jurnalistlərin sözlərinə görə, Proxorova polisin müşayiəti ilə Berlin-İstanbul reysinə mindirilib.

Qeyd edək ki, Ukrayna deputatı Qalina Yançenko da sosial şəbəkələr vasitəsilə Proxorovanın Almaniyadan deportasiya edilməsini bildirib. “Ukraynalı qaçqınları təhqir edən Yuliya Proxorova Almaniyadan deportasiya edilib. İndi Yuliya ruslara “Xerson kimindir” sualını ünvanlaya biləcək. Əminəm ki, bu cavab onu deportasiyadan çox narahat edə bilər”-deyə Qalina Yançenko hadisəyə münasibət bildirib.

Rusiyalı qadının Almaniyada etibarlı yaşayış icazəsi olmadan qaldığı bildirilib. Polis Proxorovanın Aşağı Bavariya Landşut şəhərində kirayə götürdüyü mənzildə axtarış aparıb. Axtarış zamanı polis üç smartfon və bir noutbuk götürüb. Oktyabrın 14-də evində aparılan axtarışlardan sonra isə qadınla əlaqə kəsilib. Jurnalistlər onun həbsdə olduğu barədə yazıb.

Xatırladaq ki, Yuliya Proxorova Almaniyada Ukrayna vətəndaşlarını provakasiya edən videoları ilə məşhurlaşıb. Onlardan birində o, küçədə iki ukraynalı qadını təqib edərək onları ələ salıb. Bundan başqa, Proxorova mayın 9-da Münhendə Ukraynadan olan qaçqınların təşkil etdiyi dəstək aksiyasına gələrək “Kalinka” rəqsi edib.

Oxşar xəbərlər