• 23 Noyabr 2024 09:40

DÇ-2022: Qətərdə mundial vaxtı ilk dəfə narkotik müsadirə edilib

DÇ-2022: Qətərdə mundial vaxtı ilk dəfə narkotik müsadirə edilib

Qətərdə dünya çempionatının startından bu yana ilk dəfə narkotik müsadirə edilib.

Ölkənin gömrük xidməti Dohadakı Həmad Beynəlxalq Hava Limanında adı açıqlanmayan sərnişinin çantasından 1990 ədəd qadağan olunmuş tramadol həbləri (yüksək asılılıq yarada bilən güclü ağrıkəsici) və 464,5 qram həşiş aşkarlayıb.

Qətərdə narkotik vasitələrin saxlanması, istifadəsi və ya qaçaqmalçılığına görə uzunmüddətli həbs, böyük cərimələr və ölkədən qovulmaq kimi cəzalar nəzərdə tutulub.

Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də yekun vurulacaq.

Tacxeber.com

Oxşar xəbərlər