• 22 Noyabr 2024 17:41

Türkiyənin Suriya əməliyyatı ilə bağlı ABŞ və Rusiyadan ard-arda açıqlamalar

Keçən həftə Taksimin “ürəyi” olan İstiqlal küçəsində törədilən bombalı hücumdan sonra TSK-nın Şimali İraq və Suriyada həyata keçirdiyi əməliyyatla bağlı diqqətçəkən bir yenilik baş verib.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, heç nədə razılığa gələ bilməyən Rusiya və ABŞ bir-birinin ardınca oxşar tonlarda bəyanatlar verərək beynəlxalq ictimaiyyəti heyrətə gətirib.

Belə ki, ilk açıqlama ABŞ-dan gəlib. ABŞ Dövlət Departamentinin sözçüsü yazılı şəkildə göndərilən sualları cavablandırb. Reuters xəbər agentliyi isə bu cavabları oxuculara “son dəqiqə” başlıları ilə təqdim edib.

Açıqlamada ABŞ rəsmisi Vaşinqtonun Ankaranın Suriya əməliyyatı ilə bağlı narahatlığının Türkiyə rəsmiləri ilə müzakirə edildiyini bildirib. Eyni bəyanatda belə bir hərbi əməliyyatın İŞİD-lə mübarizə hədəfinə zərər verəcəyi bildirilib.

“Biz Türkiyəyə belə bir əməliyyat keçirməməsi ilə bağlı xəbərdarlıq etdik və suriyalı tərəfdaşlarımızdan belə gərginliyi artırmamalarını istədik”, – deyə bəyanatda vurğulanıb.

ABŞ rəsmisi həmçinin deyib: “Biz İraq hökuməti ilə koordinasiya olmadan Suriyada vəziyyətin sabitliyinin pozulmasına və ya İraqın suverenliyinin hərbi əməliyyatlarla pozulmasına qarşıyıq. Türkiyənin cənubunda dinc insanların ölümünə səbəb olan son hücumlara da qarşıyıq”.

Bu bəyanatdan qısa müddət sonra isə beynəlxalq xəbər agentlikləri yeni bir “son dəqiqə” başlıqlı xəbər dərc edib. Xəbərdə Rusiyanın Suriyadakı səfiri Aleksandr Lavrentyevin açıqlamaları yer alıb.

Belə ki, Rusiya xəbər agentliklərinin sitat gətirdiyi məqalədə Lavrentyevin bu fikirləri yer alıb: “Türkiyə Suriyada həddindən artıq hərbi güc tətbiq etməkdən çəkinməli və problemin sülh yolu ilə həllini axtarmalıdır”.

Lavrentyev həmçinin bildirib ki, Moskva bu problemin həlli üçün öz tərəfdaşları ilə çalışacaq.

Tacxeber.com

Oxşar xəbərlər