“Rusiyanın Atom Enerjisi üzrə Dövlət Agentliyi (Rosatom) ilə Sinopda tikiləcək ikinci Atom Elektrik Stansiyası ilə bağlı danışıqlar aparılır”.
Bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar deyib.
O, Rusiyanın Soçi şəhərində keçirilən 12-ci Beynəlxalq Nüvə Enerjisi Sərgisi “Atomexpo 2022″də Türkiyənin gələcək 30 il üçün enerji sahəsində mühüm hədəflərinin olduğunu bildirib.
Bayraktar Nüvə enerjisinin karbon emissiyalarının azaldılması üçün əhəmiyyətli bir mənbə olduğunu bildirib:
“Sinopla bağlı əvvəlcə Yaponiya hökuməti ilə, indi isə Akkuyu AES-dəki tərəfdaşımız “Rosatom” ilə danışıqlara başlamaq prosesindəyik. İlkin hesablamalarımıza görə, ən az 16-20 reaktora ehtiyacımız var”. (KONKRET.az)